Türkiyənin Eskişeher şəhərində xüsusi bir bankın müştərilərinə məxsus 5 milyon 331 min lirəni hesabına köçürdüyü səbəbilə həbs edilən şöbə müdiri A.P.Ü. barəsində tələb olunan cəza müəyyənləşib.
Medianews.az xəbər verir ki, hazırlanan ittiham aktında şöbə müdirinin istintaq mərhələsində bankın zərərini ödədiyi məlum olub.
Əməliyyatların ardından ədliyyəyə sövq edilən 48 yaşlı qadın həbsxanaya göndərilib. Onun məhkəməsi davam edəcək.
Eskişeher 2-ci Ağır Cəza Məhkəməsində mühakimə olunan Ayşe Pelin Ü. üçün 12 ildən 21 ilə qədər həbs cəzası istənilib.
Eskişeher Respublika Prokurorluğunun başlatdığı istintaq zamanı saxlanılan şəxsin bank hesablarına baxış zamanı onun 5 milyon 331 min 852 lirəni mənimsədiyi və müştərilərin hesablarında icazəsiz olaraq ümumilikdə 40 milyon manatlıq qeyri-qanuni əməliyyatlar apardığı müəyyən edilib. 194 min 133 lirə, 137 min 895 avro və 120 min dollar.
Medianews.az