Çernobıl AES-də baş vermiş fəlakətin əsas şahidi, 75 yaşlı Viktor Smaqin intihar edib.
Medianews.az xəbər verir ki, kişinin meyiti Rusiyanın paytaxtı Moskvada tapılıb.
Hadisə şahidləri polisə və həkimlərə müraciət ediblər.
1986-cı ildə Smagin Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunda növbə rəisi vəzifəsində çalışıb. 1986-cı il aprelin 26-da saat 8:00-da həmkarını əvəz etməli idi, lakin saat 01:30-da AES-də qəza baş verdi.Səhər Smaqin mənzilinin eyvanından dördüncü blokun dağılmış mərkəzi zalı görüb.
Atom elektrik stansiyasına gələrək əraziyə daxil oldu və güclü radiasiya dozası aldığı fəlakətin nəticələrinin aradan qaldırılmasında iştirak etdi.
Medianews.az