“Barselona” əvvəlki arenanın sökülməsindən dərhal sonra tikintisinə başlanılacaq yeni “Spotifay Kamp Nou”nun hazır olduqdan sonra necə görünəcəyi barədə fotoları təqdim edib.
Medianews.az xəbər verir ki, sözügedən arenanın tikintisinin 2026-cı ildə başa çatacağı bildirilir.
Məlumata görə, 2024-cü ilin sonlarına doğru stadion oyunları qəbul edə biləcək. Stadion üçün gərəkli olan bütün elektrik enerjisini günəş lövhələri ilə təmin ediləcək.
Medianews.az