Rusiya ulduzu Alla Puqaçova uşaqları ilə İsraili tərk etdikdən sonra heç kəslə əlaqə saxlamır.
Medianews.az xəbər verir ki, Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin gələn ili Kiprdə keçirməyi planlaşdırırlar.
Məlumatlara görə, diva Kiprdə altı il əvvəl villa alıb. Həmçinin, onun ABŞ-ın Mayami şəhərində də okean sahilində mənzili var. Lakin versiyaların heç biri hələ təsdiqlənməyib.