Çin Respublikası – Tayvanın şərq sahilində 6,2 maqnitudada zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Hava İdarəsi bildiriş yayıb.
Qeyd olunub ki, təbiət hadisəsi yerli vaxtla saat 07:05-də (Bakı vaxtı ilə 03:05) qeydə alınıb və bütün ölkəboyu hiss olunub.
İdarənin verilənlərinə əsasən, zəlzələnin episentri dənizdə – Hualyan dairəsindən 120,2 km şərqdə olub. Bildirilib ki, yeraltı təkanların ocağı 5,7 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.