Türkan Şoray 39 yaşı tamam olan qızı Yağmur Ünalın ad gününü İnstaqram hesabından təbrik edib.
Medianews.az xəbər verir ki, Şoray qızının fotosunu paylaşaraq altına bu mesajı yazıb:
“Gözəl qızım Yağmur… Ən dəyərli varlığım, ad günün mübarək. Sən mənim həyatımın ümidi, sevinci və qüruru olmusan. Bütün arzularınız gerçəkləşsin. “Ürəyimin titrədiyi Yağmurum, həyat həmişə sənin gözəl ürəyinə görə gözəllik gətirsin”.
Yağmur Ünal anasının paylaşımına “Anam mənim ən böyük şansımdır” deyə cavab verib.
Medianews.az