Azərbaycan Premyer Liqasının II turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununun təyinatları açıqlanıb.
Medianews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçın baş hakimi Rəşad Əhmədov olacaq.
Ona yan xətt hakimləri Cəmil Quliyev və Eyyub İbrahimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək.
VAR sisteminə Tural Qurbanov nəzarət edəcək. Onun köməkçisi isə Elşad Abdullayev olacaq.
Hakimlərin işinə sabiq FIFA referisi Rəhim Həsənov qiymət verəcək. Eldəniz Musayev isə matçda AFFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, oktyabrın 25-də “Kapital Bank Arena”da keçiriləcək görüş saat 18:30-da başlayacaq.