İki qrup arasında başlayan mübahisə silahlı davaya çevrilib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Batman rayonunda yaşanıb.
Əvvəllər düşmən olduğu bilinən iki qrup üz-üzə gəlib. Qrup arasında başlayan şifahi mübahisə silahlı döyüşə çevrilib.
Davada 2-si ağır olmaqla 3 nəfər yaralanıb.
Ətrafdakı vətəndaşların xəbərdarlığından sonra hadisə yerinə çoxlu polis və sağlamlıq qrupları göndərilib. Yaralılar xəstəxanaya çatdırılıb.
Medianews.az