HƏMAS-a qarşı döyüşə könüllü qoşulan İsrail əsgərləri İsrailin baş naziri Benyamin Netanyahunun oğlunu ölkəsini “tərk etdiyinə” görə qınayıblar.
Medianews.az xəbər verir ki, İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan “The Times” İsrailin ehtiyatda olan əsgərləri ilə söhbət edib.
Xəbərin manşetində “Ehtiyatda olan israilli əsgərlər Binyamin Netanyahunun oğlunun niyə Mayamidə olduğunu soruşurlar” yazılıb.
Qeyd edək ki, ölkə tarixindəki ən böyük səfərbərlikdə orduda döyüşmək üçün 300.000-dən çox ehtiyatda olan əsgəri hərbi xidmətə çağırdıqdan sonra yüzlərlə israilli vətənə qayıdıb.
Xatırladaq ki, Netanyahunun böyük oğlu Yair bu ilin əvvəlində Floridaya köçüb və hələ də orada yaşayır. Hazırda onun 32 yaşı var.
Medianews.az