Kişi arvadını və 2 uşağını güllələyib.
Medianews.az xəbər verir ki, hadisə Kocaelinin Gölcük rayonunda yaşanıb.
Təqaüddə olan mütəxəssis çavuş olduğu öyrənilən Nevzat A. həyat yoldaşı Züleyha A. ilə mübahisə etdiyi övladları Oğulcan A. və Nurseda A.-ya silahla atəş açıb. Daha sonra şübhəli şəxs eyni silahla intihara cəhd edib.
Silah səslərini eşidən qonşular polisə xəbər veriblər. Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.
Tibb işçiləri Oğulcan A-nın hadisə yerində öldüyünü təyin edib. Ağır yaralanan şübhəli, həyat yoldaşı və qızı şəhərdəki xəstəxanalara aparılıb.
Şübhəli Nevzat A. və həyat yoldaşı Züleyha A. burada edilən müdaxiləyə baxmayaraq xilas ola bilməyib.
Nurseda A-nın səhhətinin ağır olaraq qaldığı öyrənilib.
Hadisə ilə bağlı istintaq davam edir.
Medianews.az