Cümə axşamı, 30 Noyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Ermənistan bu niyyətini dəyişməsə, sülh sazişi imzalanmayacaq” – SİYASİ ŞƏRH

TURAN
24/10/2023 15:11
68
BAXIŞ
FacebookTwitterTelegram

“Ermənistan və Azərbaycan arasında yaxın müddət ərzində sülh sazişinin imzalanması gözlənilmir”.

Bu sözləri Medianews.az-a sülh sazişi ilə bağlı danışan siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

Ekspert deyir ki, bu barədə fikirlər səsləndirilsə də, Ermənistan dövlətinin atdığı addımlar sülh müqaviləsinin imzalanmasına hər hansı bir əsasın olmadığını göstərir:

“Azərbaycan və Ermənistan arasında yaxın müddətdə hər hansı sülh sazişinin imzalanması ilə bağlı konkret bir mövqe yoxdur. Bu barədə ümumi fikirlər səsləndirilir. Son olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa parlamentində səsləndirdiyi fikirlər və paralel olaraq sülh sazişindən bəhs etməsi əslində bir-biri ilə ziddiyət təşkil edirdi.

Paşinyan Qarabağı tərk edən erməni sakinləri barədə öncə bildirmişdi ki, burada onlara qarşı heç bir təzyiq göstərilməyib. Lakin daha sonra o, Avropa Parlamentində tamamilə əks fikirlər səsləndirdi. Belə davranışlar sülh sazişinin imzalanması üçün heç bir əsasın olmadığını göstərir və bir daha sübut edir ki, Ermənistan rəhbərliyi qərbli qardaşlarının ev sahibliyi etdiyi tədbirlərdə daha çox sülhpərvər görünməyə, Azərbaycanı isə sülhə meyilli olmamaqda israrla ittiham etməyə cəhd göstərir. Bu aspektən sülh sazişinin qısa zaman ərzində imzalanacağı ilə bağlı fikir səsləndirmək çox çətindir”.

Siyasi şərhçi qeyd edir ki, Ermənistan prosesə üçüncü tərəfləri cəlb etmək niyyətindədir:

“Konteksdə olan ikinci məsələ isə Fransanın bu prosesdə iştirakı ilə bağlıdır. Bu yaxınlarda Ermənistanla Fransa arasında imzalanan sazişə əsasən, Fransa Ermənistana 3 ədəd “GM200” radarı, həmçinin zenit raket kompleksi vermək niyyətindədir. Həmin silahlar isə region dövlətlərinin, İran, Rusiya, Gürcüstanın ərazisindən keçməklə Ermənistana çatdırılacaq. Qonşu ölkələr öz növbəsində hərbi təyinatlı yüklərin ərazilərindən keçməsinə şərait yaratmamalıdırlar. Düşünürəm ki, Ermənistan bununla bölgəyə xarici qüvvələri cəlb etmək niyyətindədir.

Ermənistanın sülh prosesinə zidd addımlar atması, bölgəyə yad təsirləri cəlb etməsi bir daha bu ölkənin missiyasının nədən ibarət olduğunu göstərir. Bu dövlət nəyin bahasına olursa-olsun sülh sazişinin regional kontekstdə imzalanmasını istəmir.

Azərbaycan tərəfi danışıqların, müzakirə və dialoqların Gürcüstanda olmasını təklif edir. Lakin Ermənistan bu prosesə Fransa və Almaniyanı üçüncü tərəf olaraq daxil etmək istəyir. Bu isə Ermənistan üçün əlavə təminat deməkdir. Həmin addım bölgə dövlətlərinin maraqlarına uyğun deyil.

Bütün hallarda biz ötən zaman kəsiyində ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında regiondan kənar iki oyunçunun proseslərə necə ziyan vurduğunun şahidi olmuşuq. Nəticə etibarilə, fərqli maraqların kəsişdiyi nöqtədə heç bir uğur əldə olunmadı və daha ciddi problemlərin yaranmasına zəmin formalaşdı.

Ermənistan tərəfi nə qədər ki, bu missiyanı dəyişə bilmirsə, hansısa sülh sazişinin imzalanmasından söz açıla bilməz”.

Aytac Şahin
Medianews.az

DAHA ÇOX OXU

export

Oğurluğa gəlmişdi, ev sahibəsi ilə yatdı

30/11/2023 10:49
export

Bodrumda rus model və qızının öldürülməsinin TƏFƏRRÜATI – FOTO

30/11/2023 10:36
export

Lalə qırmızı dekolteli geyimdə göz qamaşdırdı – FOTOLAR

30/11/2023 10:34
export

Neymar övladı dünyaya gələndən sonra sevgilisindən ayrıldı – FOTO

30/11/2023 10:32
export

100 yaşında vəfat edən Kissincer kim olub? – DOSYE

30/11/2023 10:29
1-MANŞET

Qaz limitinin ləğvi ilə bağlı MÜHÜM XƏBƏR – VİDEO

30/11/2023 10:20

Xəbər lenti

Oğurluğa gəlmişdi, ev sahibəsi ilə yatdı

30/11/2023 10:49

Bodrumda rus model və qızının öldürülməsinin TƏFƏRRÜATI – FOTO

30/11/2023 10:36

Lalə qırmızı dekolteli geyimdə göz qamaşdırdı – FOTOLAR

30/11/2023 10:34

Neymar övladı dünyaya gələndən sonra sevgilisindən ayrıldı – FOTO

30/11/2023 10:32

100 yaşında vəfat edən Kissincer kim olub? – DOSYE

30/11/2023 10:29

Qaz limitinin ləğvi ilə bağlı MÜHÜM XƏBƏR – VİDEO

30/11/2023 10:20

İstefa verən Rüfət Hacıyevdən XƏBƏR VAR: “Vəzifəmdən ayrılıram, lakin…”

30/11/2023 10:19

Elza Seyidcahandan SƏRT SÖZLƏR: “Neqodnılar” əsgərlərin qarşısında…”

30/11/2023 10:17

Bakıya sərt qış gəlir: Ehtiyacı olanlara yer və yemək veriləcək

30/11/2023 09:50

Bədəninizdə bu əlamətlər varsa, qəfil ölə bilərsiniz

30/11/2023 09:40

Azərbaycanda qorxunc xəstəlik yayıla bilər – Tanınmış professordan XƏBƏRDARLIQ

30/11/2023 09:32

Nazarbayev ETİRAF ETDİ: “İkinci arvadımdan iki oğlum var”

30/11/2023 09:30

Qadınlara xəbərdarlıq: Bu qidalardan uzaq durun, yoxsa…

30/11/2023 09:26

Xərçəngdən əziyyət çəkən Sevda Əliqızı əməliyyat olundu – FOTO

30/11/2023 09:18

Dekabrda güclü maqnit qasırğaları olacaq – PROQNOZ

30/11/2023 09:17

Cənubi Qafqazda sülh uzun sürmür – Erməni tarixçi

30/11/2023 08:55

Hosteldə dəhşət – 13 nəfər öldü

30/11/2023 08:50

30 fələstinli azad edildi

30/11/2023 08:46

Çinarə Məlikzadənin anası həyat yoldaşının ölümündən DANIŞDI – VİDEO

30/11/2023 07:12

Ceyms Kemeronun dünya şöhrətli filmi nə vaxt yayımlanacaq?

30/11/2023 06:56

Sevgilisi qayınanasını öldürən qadına hökm oxundu: “Cəmi 10 dəqiqə müqavimət göstərdi” – VİDEO

30/11/2023 06:41

Gürcüstanda soydaşlarımızın yaşadığı kənddə dəhşət: Ər keçmiş arvadını ailəsi ilə birlikdə atəşə tutub – VİDEO

30/11/2023 06:23

Kriştianu Ronaldu ABŞ-də məhkəməyə verildi

30/11/2023 06:04

Daha iki ölkə arasında savaş başladı: YENİ MÜHARİBƏ – FOTO

29/11/2023 22:44

Ölkəmizdə məktəblər bağlana bilər – Xəbərdarlıq

29/11/2023 22:20

Türkiyədə idmançının ürəyi kəlbəcərli gəncə köçürüldü – VİDEO

29/11/2023 22:03

Bakını gecə ilə bir-birinə qatan sürücüyə hansı cəza verildi? – VİDEO

29/11/2023 21:47

İki güləşçimiz DÜNYA ÇEMPİONU OLDU – VİDEO, FOTO

29/11/2023 21:39

SON FÜRSƏT: Dekabrda bu bürclər eşqdə şanslı olacaq

29/11/2023 21:29

Ramil Şeydayev Tailandda döyüldü – ANBAAN VİDEO

29/11/2023 21:21

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.