Ukrayna naziri Kamışin Qərb ölkələrini silah istehsalını artırmağa çağırıb.
Medianews.az xəbər verir ki, bu haqda Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin deyib.
“Dünya üzrə silah istehsalının həcmi tələb olunan səviyyədən geri qalır”- o əlavə edib.
O, Qərb ölkələrini silahlara sərmayələri artırmağa, xüsusilə də raket, mərmi və döyüş pilotsuz təyyarələrinin mümkün qədər cəbhə xəttinə yaxın ərazilərdə istehsalını sürətləndirməyə çağırıb.
Medianews.az