15 yaşlı tələbə qız dövlət məktəbinə silahlı hücum edib.
Medianews.az xəbər verir ki, olay Braziliyanın San-Paulu şəhərində yaşanıb.
Silahlı hücumda 1 tələbənin öldüyü, 3-nün isə yaralandığı bildirilib.
Hücumu təşkil edən tələbə polis tərəfindən həbs edilib.
Səlahiyyətlilər, hücumçunun bu hücumu bir həftə əvvəl sosial media hesabında açıqladığını və hücumu digər tələbələri “sevmədiyi” üçün həyata keçirəcəyini bildirib.
Medianews.az