Yolunu itirən qurd şəhər mərkəzində panikaya səbəb olub.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Elazığ bölgəsində yaşanıb.
Yolunu azdığı zənn edilən yırtıcı şəhər mərkəzinə düşüb. Canavar qısa müddət ərzində şəhərin mərkəzində yemək axtarıb və sonra gözdən itib.
Vətəndaşlar mobil telefonları ilə heyvanın şəkillərini çəkiblər.
Medianews.az