Yaşayış binasında məişət qazı partlayıb.
Medianews.az xəbər verir ki, hadisə Rusiyanın Volqoqrad vilayətinin Kotelnikovo şəhərində baş verib.
Partlayış nəticəsində zədələnmiş mənzildə yanğın başlayıb, daha sonra yanğın qonşuya keçib.
Yaşayış binası təxliyə edilib.
Verilən məlumatlara əsasən, partlayışa səbəb məişət qazı olub.
Qeyd edək ki, partlayış nəticəsində iki nəfər yaralanıb.
Medianews.az