35 yaşlı 3 uşaq anası sərxoş sürücü ilə avtomobilə minərək ölüb.
Medianews.az xəbər verir ki, hadisə Rusiyanın Sverdlovsk şəhərində, gecə saat 12 radələrində baş verib.
Məlumata görə, sürücü idarəetməni itirdikdən sonra avtomobil xəndəyə aşıb və ağaca çırpılıb.
Qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Digər sərnişin, 28 yaşlı qız avtomobildən uçaraq yolun kənarına çıxıb. O, çiyninin və körpücük sümüklərinin sınığı ilə xəstəxanaya yerləşdirilib.
Sürücü ciddi xəsarət almayıb.
Medianews.az