Türkiyənin Daxili İşlər Naziri Yerlikaya 6 vilayətdə keçirilən əməliyyatla bağlı açıqlama verib.
Medianews.az xəbər verir ki, sözügedən əməliyyatda 55 nəfərin tutulduğu açıqlanıb.
“Mərkəzi Adanada olan 6 vilayətdə eyni vaxtda həyata keçirilən “Qəfəs əməliyyatı” çərçivəsində “Bayğaralar” mütəşəkkil cinayət təşkilatı sıradan çıxarılıb. Əməliyyatlar nəticəsində 55 şübhəli tutulub”, -deyə nazir bildirib.
Əməliyyatlar çərçivəsində aparılan axtarışlar zamanı 3 ədəd AK-47 “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd Mp5 markalı avtomat silah, 1 ədəd “Tomson” markalı avtomat silah, 29 tapança və 7 ədəd ov tüfəngi götürülüb.
Nazir sonda əməliyyatı həyata keçirən Xüsusi Təyinatlı polislərə təşəkkür edib.
Medianews.az