Azərbaycanda keçirilən “Mustafa Kamal Atatürk-2023” təlimləri çərçivəsində Azərbaycan və Türkiyə komandoları döyüş meydanında ssenari çərçivəsində düşmən xəttinə uğurlu sızma əməliyyatı həyata keçiriblər.
Medianews.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün “X” hesabında bildirib.
Hərbi qurum təlimlərlə bağlı videogörüntü də paylaşıb.