Ciplə motosikletin toqquşması nəticəsində 66 yaşlı kişi həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Olayın ardınca azadlığa buraxılan cipin sürücüsü ölən kişinin ailəsini şoka salıb.
Belə ki, Ömər Dəmiralın yaxınları onun ölümünə səbəb olan K. Ö.-nün sərbəst buraxılmasını tənqid ediblər. Qızı Zeliha Nayman gələn zənglərə cavab vermək üçün telefonu götürdüyü zaman gördüyü bildirişdən heyrətə gəlib.
Qəzadan sonra K.Ö.-nün atasının sosial media hesabına dostluq istəyi göndərdiyini görən Nayman vəziyyəti anlamadıqlarını bildirib. Sözügedən məsələ mərhumun ailə üzvləri tərəfindən qəzəblə qarşılanıb.
Medianews.az