Xalq artisti Elçin Əzizov Rusiyanın NTV kanalında yayımlanan “Квартирник” musiqi proqramında qonaq olub.
Axşam.az xəbər verir ki, aparıcılığını “Машина времени” və “Воскресение” qrupunun solisti, gitaraçı Yevgeni Marqulisin etdiyi layihənin növbəti buraxılışı əfsanəvi müğənni, SSSR Xalq artisti Müslüm Maqomayevin yaradıcılığına həsr edilib.
Veriliş boyunca Elçin ancaq Maqomayevin mahnılarını səsləndirib. Onlar arasında “Mənim şəhərim Bakı”, “Qızıl günəşin şüası”, “Mavi əbədiyyət”, “Mənə musiqini qaytar” mahnılar yer alıb.
E.Əzizov “Təəssüf edirəm ki, onunla şəxsi tanışlığım olmayıb. Amma mahnılarını hər zaman dinləyib, yaradıcılığını izləmişəm” deyə, E.Əzizov əlavə edib.