Şərqi Aralıq dənizinə təyyarədaşıyan donanmalarını yerləşdirən ABŞ-dan yeni açıqlama gəlib.
Medianews.az xəbər verir ki, bu açıqlamada İrana xəbərdarlıq edilib.
Dövlət katibi Antoni Blinken ABŞ-ın İsrail-Fələstin münaqişəsinin İranın müdaxiləsi ilə kəskinləşməsini gözlədiyini bəyan edib.
Bildirilib ki, ABŞ-ın bölgədəki şəxsi heyəti və ya silahlı qüvvələrinin hər hansı birinin hədəfində olacağı təqdirdə Bayden administrasiyası cavab verməyə hazırdır.
Medianews.az