Hollivud aktyorları ABŞ prezidentini Qəzzada və İsraildə atəşi dayandırmağa çağırıb.
Medianews.az xəbər verir ki, aktyorlar ABŞ prezidenti Co Baydenə Qəzza və İsraildə atəşkəslə bağlı məktub yazıblar.
“Biz sizin administrasiyanızı və bütün dünya liderlərini Müqəddəs Torpaqların bütün sakinlərinin həyatına hörmət etməyə və dərhal atəşkəs əldə etməyə – Qəzzanın bombalanmasına və girovların azad edilməsinə kömək etməyə çağırırıq” – məktubda yazılır.
Baydenə müraciət edən aktyorlar sırasında Joaquin Phoenix , Cate Blanchett , Con Stewart , Kristen Stewart, Susan Sarandon, Mahershala Ali, Riz Əhməd, Rami Yussef, Quinta Brunson və daha 46 kinorejissor yer alır.
Məktubu imzalayan ulduzlar Qəzza sakinlərinə humanitar yardımın göstərilməsinin vacibliyini də dilə gətiriblər.
Medianews.az