Rusiyada bütün yolların üçdə biri sınmış şüşələrlə işarələnəcək.
Medianews.az xəbər verir ki, bu barədə Rusiyanın Ətraf Mühit Operatoru (REO) belə planlar haqqında danışıb.
Şirkət izah etdi ki, mikroşüşə muncuqlar şüşə tullantılarından hazırlanır – onlar yol nişanlarının əks etdirilməsi üçün xüsusi boyaya əlavə edilir.
Bu kompozisiya təxminən 600 min kilometr Rusiya yolunu əhatə edəcək.
“Yağış zamanı da daxil olmaqla, gecə vaxtı işarələrin yaxşı görünməsi üçün mikro şüşə muncuq materialından istifadə olunur. Bundan əlavə, adi üfüqi nişanlar gecə güclü küçə işıqlandırması olmadan görünmürsə, o zaman nişanlanmaların səthində MSŞ-nin olması onun görünməsini təmin edir “, – deyə REO-nun rəhbəri Denis Butsayev bildirib.
Qeyd edək ki, əvvəllər REO ruslara metrodan, universitetlərdən və məktəblərdən pul müqabilində şüşələri qaytarmağı təklif edirdi.
Medianews.az