Qəzzaya hava hücumlarını davam etdirən və quru əməliyyatına hazırlaşan İsrailə ABŞ-dan xəbərdarlıq gəlib.
Medianews.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden İsrail Prezidentinə səslənib.
O, İsraili müharibə qanunlarına uyğun hərəkət etməyə çağırıb:
“Baş nazir Netanyahu və mən İsrailin müharibə qanunlarına uyğun olaraq necə davranmalı olduğunu müzakirə etdik. Bu, müharibədə mülki insanları mümkün qədər ən yaxşı şəkildə qorumaq deməkdir”.
Medianews.az