Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Azərbaycanın tanınmış teatr və kino aktyoru Xalq artisti Qabil Quliyevin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Medianews.az xəbər verir ki, qardaşı Xalq artisti Nurəddin Mehdixanlı yubiley tədbirində çıxış edib.
Xalq artisti çıxışında maraqlı bir məqamı diqqətə çatdırıb. Bildirib ki, tələbə olan vaxtı onu universitetdən qovmaq qərarına gələn rəhbərlik qardaşı Qabil Quliyevə görə bağışlayıb:
“Bu gün bu teatr var. Ona görə var ki, onun üçün özünü fəda edən insanlar oradadır. Teatrı sevən, tamaşalara baxmağa gələn insanlar da məhz ömrünü həmin sahəyə həsr edən şəxslərə hörmət edib, sevdikləri üçün gəlirlər. Bu illərdə Akademik Milli Dram Teatrı bölgə teatrlarının içərisində ən aktiv çalışan bir qurumdur. Düşünürəm ki, teatra, bu peşənin mədəniyyətinə xidmət etmək ən müqəddəs missiyalardan biridir. Çünki biz ruh adamlarıyıq. Ruhunuz var olsun”.
Nurəddin Mehdixanlı məşhur qardaşını belə təbrik etdi:
“Həmişə dostlarının yanında ol, uzun yaşa, ürəyincə yaşa! Səni çox istəyirik”.
Daha ətraflı videoda: