İsraildəki matçlar ləğv edilib.
Medianews.az xəbər verir ki, UEFA növbəti bildirişə qədər İsraildə heç bir UEFA matçının keçirilməyəcəyinə qərar verildiyini açıqlayıb.
İsrail və Fələstin arasındakı münaqişələrdən sonra UEFA-dan flaş qərar verilib:
“İsraildə mövcud təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra UEFA-nın İcraiyyə Şurası növbəti xəbərdarlığa qədər UEFA-nın oyunlarının İsraildə keçirilməməsinə qərar verib”.
İsrail Futbol Federasiyası və UEFA təşkilatlarında mübarizə aparan “Makkabi Hayfa” və “Makkabi Tel-Əviv” komandalarından bu qərar qüvvədə olduğu müddətcə ev oyunlarını keçirə biləcəkləri alternativ stadionlar təklif etmələri istənilib.
Medianews.az