Politoloq Nəzakət Məmmədova Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Medianews.az xəbər verir ki, o, Rusiyaya cəsusluqda ittiham olunur.
N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, N.Məmmədova əvvəllər DTX-da işləyib.