“Tesla” və “SpaceX” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask bir sutka ərzində 16,1 milyard dollar itirib.
Medianews.az xəbər verir ki, bu barədə məlumat “Bloomberg Billionaires Index”də yer alıb.
Bildirilir ki, Maskın sərvəti “Tesla” şirkətinin maliyyə göstəricilərinin üçüncü rübdə uğurlu olmaması fonunda azalıb. Belə ki, rüblük hesabat nəşr edildikdən sonra şirkətin səhmləri 9,3% ucuzlaşıb.
“Bloomberg”in məlumatına görə, maliyyə itkilərinə baxmayaraq, Maskın sərvəti 2023-cü ildə 72,6 milyard dollar artıb və hazırda 210 milyard dollar olaraq qiymətləndirilir. O, dünyanın ən varlı insanı olaraq qalır.