Güclü leysandan sonra yamacdan daş evin üzərinə düşüb.
Medianews.az xəbər verir ki,hadisə Türkiyədə baş verib.
Dərəli rayonunun Küçükahmet kəndində güclü yağış nəticəsində yamacdan düşən qayalar bir evə düşüb. Divarın bir hissəsinin uçması nəticəsində evə ziyan dəyib.
Hadisə yerinə baxış keçirən vali Mehmet Fatih Serdengeçti sosial media hesabında bu barədə paylaşım edib.
Medianews.az