Çin 2024-cü ilin əvvəlində Aya “Queqiao-2” relay peykini buraxmağı planlaşdırır.
Medianews.az xəbər verir ki, 1200 kiloqramlıq “Queqiao-2” kosmik gəmisi diametri 4,2 metr olan parabolik antena alacaq.
Peykin xidmət müddəti səkkiz ildən çoxdur.
Kosmik aparatın elliptik Ay orbitində yerləşdirilməsi planlaşdırılır ki, onun parametrləri həm yerüstü stansiyalarla, həm də Ayın Yerdən görünməyən tərəfində yerləşənlərlə birbaşa əlaqə yaratmağa imkan versin.
Medianews.az