Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin bayrağını Xocalı şəhərində qaldırıb. 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliam Birinci Qarabağ müharibəsinin ən dəhşətli qırğınlardan biridir. Xocalıda Azərbaycan Bayrağının ucaldılması 30 il müddətində Xocalı qətliamının 613 günahsız qurbanı üçün tələb olunan ədalətdir. Qarabağda qeyri-qanuni rejimi idarə etmiş, Xocalı qətliamı kimi bir sıra hərbi cinayətlərdə əli olan separatçıların keçmiş rəhbərləri Bakıda dəmir barmaqlıqlar arxasında ədalət saatını gözləməkləri bu ədalət hissi daha da güclənir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər www.freedomofconscience.eu (vicdan azadlığı) portalında dərc olunmuş “Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin bayrağını Xocalı şəhərində qaldırıb” sərlövhəli məqalədə yer alıb.
Məqalədə bildirilib ki, müharibə nəticəsində dağıdılmış bu torpaqlarda əsl sülh ədalət və hamı üçün insan hüquqlarının bərpası ilə olacaq. Qarabağda “boz zona” aradan qaldırılıb. Qarabağın bu “boz zona”sında qanunsuz rejimin mövcud olduğu bütün illər ərzində erməni əhalisinin hüquqları da pozulub. Məhz buna görə də Azərbaycan keçmiş separatçı rəhbərlərin məhkəməsi zamanı Qarabağın erməni əhalisinin hüquqlarının qanunsuz rejim tərəfindən necə pozulduğunu da göstərməlidir.
Müəllif hələ ötən ildən Qarabağda insan haqları pozuntuları ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə başladılmış “Qarabağ İnsan Hüquqları Maarifləndirmə Kampaniyası”nın monitorinqindən söz açır və separatçı rejimin Qarabağın erməni sakinlərinin də insan haqlarını pozduğunu bildirir. Qeyd olunur ki, dəmir barmaqlıqlar arxasında olan separatçıların rəhbərlərinin məhz buna görə də cavab verməlidirlər.
Yazıda vurğulanıb ki, bölgədə ədalətli və davamlı sülhün yeganə yolu xalqın taleyi ilə siyasi manipulyasiyalar deyil, insan hüquqlarının qorunmasıdır.
Xatırladaq ki, BMT-nin Qarabağa səfər etmiş missiyası Azərbaycan tərəfindən insan hüquqlarının pozulmadığını vurğulayıb.