Yol kənarında dayanan şəxs silahlı hücum nəticəsində ağır yaralanıb.
Medianews.az xəbər verir ki, hadisə Malatyanın Battalgazi rayonunda baş verib.
Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Həmin şəxsə hadisə yerində ilkin tibbi yardım göstərilib və Turqut Özal Tibb Mərkəzinə aparılıb.
Bölgədə araşdırma aparan polis qrupları 1 ədəd boş mərmi tapıb və xəstəxanada müalicə altına alınan şəxsin həyatının həyati təhlükəsinin olduğu öyrənilib.
Qaçan şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.
Medianews.az