Boş ərazidə yeni doğulmuş körpə meyiti tapılıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyədə qeydə alınıb.
Kırşehirin Kayabaşı səmtindəki boş ərazidə pis qoxu ilə qarşılaşanlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər. Xəbər üzrə əraziyə gələn qruplar, yeni doğulmuş körpənin cəsədi ilə qarşılaşıblar.
Körpənin meyiti yarılma üçün xəstəxana meyitxanasına aparılıb. Müayinə zamanı körpənin bədənində it dişlərinin izlərinin olduğu müəyyən edilib. Polis qrupları bölgədəki təhlükəsizlik kameralarından təxminən 120 saatlıq görüntüləri izləyib və körpənin bioloji valideynləri olduğu müəyyən edilən iki nəfəri saxlayıb.
Şübhəlilərin sorğusu davam edir.
Medianews.az