İsrail Təhlükəsizlik Şurasının Türkiyə üçün təhlükəsizlik xəbərdarlığının 4-cü səviyyəyə qaldırıldığını və ölkədəki bütün israillilərin Türkiyəni ən qısa zamanda tərk etmələrini istəməsindən sonra İsrail vətəndaşları ölkəni tərk etmək üçün İstanbul Hava Limanına gedib.
Medianews.az xəbər verir ki, təxliyyə prosesi İsraildən göndərilən təyyarələrlə başlayıb.
Qeyd edək ki, İsrail Milli Təhlükəsizlik Bürosu dünən verdiyi açıqlamada Türkiyədəki vətəndaşlarını Türkiyəni ən qısa zamanda tərk etməyə çağırıb. Dünən Arkia Hava Yollarına məxsus Embraer E195 tipli təyyarə Təl-Əvivin Ben Qurion hava limanından yola düşüb və axşam saatlarında İstanbul hava limanına enib.
Medianews.az