Ticarət kompleksində qumbara partladan şəxs saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə Rusiyanın Çelyabinsk şəhərində baş verib.
Verilən məlumata görə, mühafizəçilər qəribə adamı görüb onu binadan çıxarmaq istəyiblər, lakin bu zaman o, hava qumbarasını çıxararaq partladıb.
Rus hadisə yerindən qaçıb.
“Heç bir xəsarət, dağıntı olmayıb. Polis çağırılıb və onlar onun şəxsiyyətini müəyyənləşdiriblər”, – ticarət kompleksinin rəhbərliyi bildirib.
Qeyd edək ki, şübhəli bilinən şəxs hər şeyi etiraf edib və yaranan narahatlığa görə üzr istəyib.
Hazırda hadisənin bütün şəraiti aydınlaşdırılır. Bütün lazımi tədbirlər görüldükdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları prosessual qərar qəbul edəcəklər.
Medianews.az