Məşhur müğənni ölən İsraillilərin fotolarını yayımlayıb “Həmas qatildir” sözlərini yazdığı və Qəzzadakı xəstəxana qətliamına səssiz qaldığı üçün sərt reaksiya ilə üzləşib.
Medianews.az xəbər verir ki, İsrail əsilli türkiyəli müğənni Linet sözügedən məsələ ilə bağlı açıqlama verib.
İsrail əsilli türk müğənni bu sözləri deyib: “Ailə üzvlərim, balaca qardaşım oğlu və dostlarım hazırda müharibənin ortasındadır. Müharibədə qalib gələn yoxdur. Tökülən qanların dini, dili, irqi yoxdur. Mən 30 ildir bu torpaqlarda sənəti ilə məşğul olan, bu torpaqlardan çörəkpulu qazanan, bu ölkədə vergi ödəyən Türkiyə vətəndaşıyam. Biz bu torpaqda həmişə müsəlman, xristian və yəhudi olaraq mehriban, qardaş, qonşu kimi yaşamışıq. Bundan sonra da bu şəkildə yaşamağa davam edəcəyik. Hamınız kimi mən də günlərdir davam edən bu vəhşiliyi yaşadım və yaşamaqda davam edirəm”.
Medianews.az