Rusiyanın Novosibirsk vilayətində fövqəladə hadisə baş verib – dəmir-beton yol körpüsü uçub.
Medianews.az xəbər verər ki, körpünün 3 aşırımından ikisi tamamilə dağılıb. Hadisənin səbəbləri aydınlaşdırılır.
Novosibirsk vilayətinin Çulım rayonunun Bazovski kənd sovetinin rəhbəri Sergey Frolov bildirib ki, fövqəladə hadisədən bir həftə əvvəl körpünün konstruksiyası ekspert tərəfindən yoxlanılıb.
Frolovun sözlərinə görə, bu gün onlar körpünün üzərinə məhdudlaşdırıcı nişanlar qoymaq istəyiblər, lakin gecə saatlarında üç aşırımdan ikisi çaya düşüb.
Qeyd edək ki, ölən və yaralananlar olmayıb.
Oktyabrın 19-da tələbələrin dərsləri ləğv edilib.
Medianews.az