Kiçik otaqların divarlarını bəzəyərkən bəzi rənglərdən çəkinmək lazımdır.
Medianews.az xəbər verir ki, bu barədə Britaniyanın təmir və rəngləmə şirkəti The Good Painter-in interyer dizaynerləri fikir bildiriblər.
Mütəxəssislərin fikrincə, ilk növbədə, təmiz ağdan çəkinməlisiniz, çünki bu rəng qapalı bir məkanda kölgələri və küncləri daha nəzərəçarpan edəcək və həmçinin otağı xəstəxanaya bənzədəcək.
Mütəxəssislər qırmızı rəngdən də istifadə etməməyi məsləhət görür. Onların fikirincə, parlaq qırmızı aqressiv görünür, baş ağrısına səbəb olur və vizual olaraq otağı kiçik edir.
“Narıncı və sarı rənglərdən də çəkinməlisiniz, çünki onlar üçün aksesuar seçmək çətindir” ekspertlər xəbərdarlıq edib.
Onların fikirincə, bu problem divarları neytral, bej tonlarında rəngləmək istəyənləri də gözləyir.
Medianews.az