Tibb işçisi evində cansız halda tapılıb.
Medianews.az xəbər verir ki, hadisə Vanda baş verib.
Məlumata görə, sözügedən şəxslə əlaqə saxlaya bilməyən dostları vəziyyəti ailəsinə bildiriblər. Övladlarının evinə gedən ailə onun qapısını döyüb. Qapını sındıran ailə evdə oğlunun cansız bədənini tapıb.
Hadisə yerinə sağlamlıq və polis qrupları göndərilib. Özkan Karakurtun cəsədi Ədliyyə Tibb Morquna aparılaraq yarılmadan sonra ailəsinə təhvil verilib.
Karakurtun dəqiq ölüm səbəbi yarılma hesabatının açıqlanması ilə müəyyənləşəcək.
Medianews.az