Musiqi məktəbində uşaq musiqi dərsi zamanı üç dişini sındırıb.
Medianews.az xəbər verir ki, qəribə hadisə Rusiyanın paytaxtı Moskvada, məktəblərin birində baş verib.
Dərs zamanı 10 yaşlı uşaq boynunda saksafon asılmış dostu ilə oynamaq qərarına gəlib. Uşaq üz üstə musiqi alətinin üzərinə yıxılıb və nəticədə dişlərini sındırıb.
Polis zərərçəkmişi və dostlarını dindirib və onun qəsdən itələnmədiyini öyrənib.
Medianews.az