Böyük Britaniyanın baş naziri Rişi Sunak bu səhər İsrailə yola düşüb.
Medianews.az CNN Türk-ə istinadən xəbər verir ki, Sunakın təyyarəsi İsrailə çatıb.
Səfər zamanı Sunak İsrailin baş naziri Benyamin Netanyahu və İsrail prezidenti İsaak Hersoqla görüşəcək. Sunakın iki günlük Yaxın Şərq səfəri çərçivəsində region ölkələrinə səfəri gözlənilir.
İngiltərə Baş Nazirliyi ofisindən verilən açıqlamada Sunakın “Həmasın amansız terror hücumu nəticəsində İsrail və Qəzzada baş verən itkilərə görə başsağlığı verəcəyi” bildirilib.