Şimali Koreya lideri Kim Çen In Pxenyanda Rusiyanın xarici işlər naziri Lavrovu qəbul edib.
Medianews.az xəbər verir ki, görüş bir saatdan çox davam edib.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin KXDR-ə iki günlük səfər çərçivəsində gəldiyi bildirilir.
Qeyd edək ki, Lavrov sonuncu dəfə Şimali Koreyaya 2018-ci ildə səfər edib.
Medianews.az