Bazar, 10 Dekabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Bomba oğlan”ların zövqü və şövqü

Samir Sarı
19/10/2023 10:31
42
BAXIŞ
FacebookTwitterTelegram

İndiki cavanlar yəqin ki, bu adəti lap köhnə vaxtların cavanlarından əxz ediblər. 30-40 il əvvəl də maşını olan gənclər avtomobillərinə maqnitofon qoydurar, 3-4 kaset alar, sonra özləri demişkən, “polnu xod” verib kənd-kəsəkdə, şəhərlərdə lotuluq edərdilər.

Ondan 15 il qabaq, avtomobillərin qıt vaxtında gənclərin küçəyə, parka iri maqnitofonla, gitara ilə çıxdıqları da olub. Məsələn, xatirinizdədirsə, “Uşaqlığın son gecəsi” filmində (1968) sevgilisi ilə gəzən Murada stadionda ilişən gənclər gitara ilə gəzirdilər.

Maşallah, indiki cavanlar gitara ilə gəzmirlər, amma maşınlarının pleyerində, türkün sözü, “müzik-son səs” təşkil edirlər. Bir də görürsən, bir avtomobil ya musiqili meyxana, ya da yanıqlı, ağlamsınan səslə ritmik mərsiyə janrında nalə çəkən birinin hitini oxuda-oxuda yanından şütüyüb keçir, maşın gözdən itir, amma “musiqi”nin sədası hələ də gəlir.

O gün, lap dəqiqi, Avstriya milli yığması ilə Azərbaycan yığma-yığışdırma komandasının oynadığı axşam Diaspora komitəsinin qabağından keçən küçə ilə Xalçaçılıq muzeyi tərəfə enəndə işıqforun qırmızı işığında solumda orta lükslükdə bir maşın dayandı. Avtomobildən gələn fəryad səsi məni və 100 metr radiusda olan digər yol-hərəkət iştirakçılarını vadar etdi ki, dönüb həmin maşına baxsınlar. Baxdım, gördüm, 21-22 yaşında bir saqqallı gəncdir, sükan arxasında oturub və guya ki, musiqidən zövq alır. Pleyerin dinamiklərindən çıxan səs az qalırdı ki, maşının şüşələrini sındırsın, amma gədənin vecinə deyildi. Bu arada səki ilə bulvara tərəf gedən 5-6 əcnəbi (böyük ehtimalla futbola baxmağa gəlmiş avstriyalılar idi) bir-birinə həmin gəncin maşınını göstərib gülüşdülər. Rişxənd etdikləri göz-görəti idi.

Böyük ehtimalla onlar bir adamın bu gurluqda musiqiyə qulaq asmasının məntiqi izahını tapa bilmirdilər və məsələyə sırf tibbi baxımdan yanaşırdılar ki, axı bu, səs bombasıdır, qulaqları batıra, beyini xarab edə bilər. Normal adam niyə belə etsin?

Əlbəttə, onlar belə şeyləri bilmirlər. Ola bilər, avstriyalıların ata-babası da cavanlıqda belə lotuluqlar ediblər, amma gənc avstriyalılar dəqiq belə etmirlər, adət-ənənələrə xilaf çıxıblar.

Onlar anlamazlar ki, belə edərkən bizdə məqsəd musiqiyə qulaq asmaq deyil, başlıca qayə odur ki, ətrafdakılar bu musiqinin səsini eşidərək, dönüb görsünlər, belədə bir “bomba oğlan” var. Düzdür, bu halda adamın musiqi zövqü və qanacaq-qabiliyyəti barədə də avtomatik olaraq birmənalı rəy yaranacaq, amma bu, “bomba oğlan”ların vecinə deyil. Onlar üçün, özləri demişkən, çöl də bayır kimidir.

Belə oğlanlar təkcə musiqiyə (yəni musiqi adlandırdıqları şeyə) bərkdən qulaq asmırlar, həm də maşınlarını yüksək şövqlə və sürətlə sürürlər – məsələn, 60-lıq yolda 90-100 və daha çox. Yavaş sürəndə ləzzət eləmir. Yollarda vurulan piyadaların 95 faizini onlar əzib-keçir. Yazıq piyada bir də görür ki, bir avtomobil ley kimi şığıyır, bilmir irəli getsin, ya geri qayıtsın, qərara gəlir ki, düz ortada dayansın. “Bomba oğlan” da karıxır, bilmir adamın sağından keçsin, yoxsa solundan sovuşsun, axırda penaltinin qapının ortasına vuran futbolçular kimi qəti rəyə gəlir ki, ortadan keçsin. Tormoz söhbəti yoxdur. Nəticədə hadisə yerinə təcili yardım briqadası gəlir. Əgər “bomba oğlan” sürüb qaçmayıbsa, başını əllərinin arasında tutub səkidə oturmuş olur, “Fiat Dobla” ilə gələn polislər də onu aparırlar. Amma belələrinin əksəri hadisə yerindən qaçır, sonradan bəhanələri də bu olur ki, ölənin (və ya yaralının) qohumları tərəfindən döyüləcəklərindən qorxublar.

Bunu düz edirlər, belələrini doğrudan da çox pis döyürlər, eşşək sudan gəlincəyə qədər döyülənlər, təpik alıtına salınanlar, vurduqları adamın qonşulundakı palataya düşənlər olur.

Bir ara saytlarda xəbər vardı ki, avtomobildə gur səslə musiqiyə qulaq asan “bomba oğlan”lar cərimələnəcəklər. Amma hələ ki bunun statistikası yoxdur. Avtoxuliqanların da sayı artıb. Əl dəyməyən kimi çoxalırlar qırışmallar.

Əslində, onlara gur musiqiyə görə cəza tətbiq etməsələr, yaxşıdır. Mağıl, 100 metr o tərəfdən eşidir, bilirik ki, bu gələn “bomba oğlan”dır, qabaqlarından qaçırıq, başımız salamat qalır.

Amma yaxşı olar ki, avtoxuliqanlar, o potensial qatillər sürücülük vəsiqəsindən birdəfəlik məhrum edilsinlər, hətta maşınla adam vurub öldürəndə onlara qəsdən adamöldürmə maddəsi ilə ağır cəza kəsilsin. Onların bıçaqla adam vuranlardan elə bir fərqi yoxdur.

DAHA ÇOX OXU

Flash

Ermənistan ordusunda BİABRÇILIQ: “Əsgərlər narkotik sifariş veriblər, rəislərlə gərginlik yaranıb, bir-birini vurublar”

09/12/2023 23:09
Cəmiyyət

ARAŞDIRMA! Sizi hər kəsdən fərqli göstərəcək formada olmaq istəyirsizsə BUNLARI EDİN

09/12/2023 22:53
Cəmiyyət

İyirmi nəvə, iyirmi beş nəticə, iki kötücəli 99 yaşlı nənə – VİDEO

09/12/2023 22:42
Cəmiyyət

ARAŞDIRMA: Bürclər Yeni ildən qabaq nə etməlidirlər? – XƏBƏRDARLIQ

09/12/2023 22:20
Flash

Nura telekanalları tənqid etdi: “Hansı müğənni açıq geyinir ona qadağa qoyurlar”- VİDEO

09/12/2023 22:08
Flash

Nazpərinin sabiq nazirlə rəqsi GÜNDƏM OLDU – Video

09/12/2023 21:55

Xəbər lenti

“Premium Park”a ağacları kəsdiyinə görə protokol yazıldı

10/12/2023 11:34

Kino əfsanəsindən UĞUR və ŞÖHRƏTİN açarı

10/12/2023 11:30

Avropa İttifaqının ən bədbəxt ölkəsi

10/12/2023 11:22

Aparıcı müğənniləri təhqir etdi: “Efirdə özlərini tərbiyəsiz kimi aparırlar”

10/12/2023 11:15

66 yaşlı müğənninin yarıçılpaq yataq pozu gündəm oldu – FOTO

10/12/2023 11:11

Azərbaycanda toyda dava düşdü: üç nəfər bıçaqlandı

10/12/2023 11:10

Bu mobil xidmətlər pullarınızı SAKİTCƏ SİLİR – XƏBƏRDARLIQ

10/12/2023 11:09

“Nikahımız Parisdə olacaq” – FOTO

10/12/2023 11:05

Nikol Paşinyandan Qarabağa dair ETİRAFLAR

10/12/2023 11:01

İdman tarixinin ən böyük müqaviləsinə imza atıldı

10/12/2023 11:00

Emilidən bikinili FOTO

10/12/2023 10:56

Bu gün Gürcüstan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək

10/12/2023 10:52

Şuşada fantastik Yeni il qiymətləri

10/12/2023 10:50

Ayselin keçmiş əri həbs olundu – FOTO

10/12/2023 10:42

Zəlzələdən sonra Xəzər dənizində… – BATANLARIN SAYI BUNA GÖRƏ ARTIRMIŞ – VİDEO

10/12/2023 10:38

Kişi arvadını həyətdə tutdu: “Deyəndə ki, başqasıyla olub, dəhşətə gəldim…” – ŞOK

10/12/2023 10:26

Xalq artisti GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI – FOTOLAR

10/12/2023 10:14

Abşeronda “Hyundai” markalı minik avtomobili yanıb

10/12/2023 10:02

İran prezidenti Moskvaya niyə getmişdi? – VİDEO

10/12/2023 09:49

“Qoyun, quzunu TANIMAYANI gətirirlər bu sahənin başına” – Hafiz Hacıyev regionlardakı durumu TƏHLİL ETDİ

10/12/2023 09:37

Bundan yalnız Türkiyədə var – Qramı 50 milyard dollardır … – FOTO

10/12/2023 09:37

Məni xəstə oğlunla evləndirdin ki… – Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR

10/12/2023 09:25

Moskvanın küçələrinin birinə Heydər Əliyevin adı veriləcək – VİDEO

10/12/2023 09:13

Sobaya yanacaq tökən kişi saniyələr içində alovlara büründü – ANBAAN VİDEO

10/12/2023 09:01

Bakıda dörd maşın qəzaya uğrayıb, qaz borusu zədələnib – FOTOLAR

10/12/2023 08:50

Məşq üçün dəniz sahilinə enən rusiyalı arxasınca düşəni görüb daha bərk qaçmağa başladı – VİDEO

10/12/2023 08:38

Bakı-Sumqayıt yolunda avtobus beton arakəsməyə çırpılıb, ölən və yaralananlar var – FOTO

10/12/2023 08:26

Dünyanın ən bahalı və ən ucuz şəhərlərinin ADLARI AÇIQLANDI

10/12/2023 08:14

Qazaxın işğal altındakı kəndlərinin son görüntüləri – VİDEO

10/12/2023 08:03

Misir fələstinlilərə yardım edəcək? – VİDEO

09/12/2023 23:52

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.