Əməliyyatdan çıxan həkim xəstə yaxınları tərəfindən hücuma məruz qalıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Giresun rayonunda yaşanıb.
Məlumata görə, xəstəxanada müalicə alan xəstə Mehmet Karadayının qatıldığı əməliyyatdan sonra urologiya şöbəsinə aparılıb. Palatada xəstəsini müayinə edən Karadayı onlara əhəmiyyət vermədiyini iddia edən xəstə yaxınlarının hücumuna məruz qalıb. Hadisəyə xəstəxananın mühafizəçiləri müdaxilə edib.
Həkimi yumruqlayan şəxslər polis tərəfindən saxlanılıb.
Medianews.az