İspaniya nəhəngi “Barselona”nın prezidenti Joan Laporta qarşı hakimlərə rüşvət verdiyi iddiası ilə istintaq başladıldığı bildirilib.
Medianews.az xəbər verir ki, bu barədə Beynəlxalq mətbuatda məlumat verilib.
İspaniyanın “Barselona” klubu ilə bağlı “idman tədbirlərindən faydalanmaq üçün hakimlər haqqında məlumat toplamaq” iddiası ilə başlanan hüquqi təşəbbüslərin səbəb olduğu müzakirələr ötən mart ayından bəri davam edir.
Qeyd edək ki, Mart ayında Barselona Prokurorluğu 1993-2018-ci illərdə İspaniya Futbol Federasiyasının Texniki Hakimlər Şurasının (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya məxsus şirkətlərə qarşı 7,3 milyon avrodan (7,8 milyon dollar) çox təzminat iddiası qaldırıb.
Medianews.az