Türkiyədə daha 2 terrorçu silahları ilə birgə zərərsizləşdirilib.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər naziri Əli Yerlikaya Tuncelinin Ovacık rayonunun Doludibek çölündə separatçı terror təşkilatı (BTÖ) üzvü 2 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb:
“Əməliyyatı təşkil edən qəhrəman Jandarma və Təhlükəsizlik Mühafizəçilərimizi təbrik edirəm. Gecə-gündüz, 4 mövsüm, 12 ay, 365 gün terrorçuların arxasındayıq. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz əzmlə davam edəcək”.
Medianews.az