Amerikalı müğənni Teylor Sviftin mühafizəçisi İsrailə qayıdaraq İsrail Müdafiə Ordusuna (SAXAL) qoşulub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, konsert turları zamanı sənətçinin mühafizəsini həyata keçirən şəxsin elə İsrail Müdafiə Ordusunun zabiti olduğu müəyyən edilib.
O sosial şəbəkə hesabında hərbi uniformada çəkilən fotosunu paylaşıb. Həmin mühafizəçi Teylorun konsertlərindən birində yayılan videosu ilə məşhurlaşmışdı.
O 6 saniyə ərzində sənətçinin 1000 nəfəriin olduğu izdihamdan çıxara bilmişdi. Mühafizəçi paylaşımında ABŞ-də rahat və firavan həyatı qoyub İsrailə getdiyini yazıb:
“ABŞ-da çox gözəl yuxu kimi bir həyatı geridə qoydum. Ailəm dediyim möhtəşəm dostlarım və çox rahat bir evim var idi. Bura gəlmək məcburiyyətində deyildim. Amma ailələr qətl edilərkən və canlı-canlı yandırılarkən səssiz qala bilməzdim”.