İsrail və Fələstin qrupları arasında oktyabrın 7-də başlayan qarşıdurmada həlak olan İsrail əsgərlərinin sayı açıqlanıb.
Medianews.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Qəzza ətrafındakı Netiv HaAsara qəsəbəsində fələstinli qrupla qarşıdurmada həlak olan 2 İsrail əsgərinin adını açıqlanıb.
Beləliklə, oktyabrın 7-də başlayan qarşıdurmadan bəri həlak olan İsrail əsgərlərinin sayı 304-ə yüksəlib.
Medianews.az