53 yaşlı kişi ağlasığmaz cinayət törədib.
Milli.Az xarici mətbuata istinadla bildirir ki, Emi ləqəbindən istifadə edən Andrew Miller adlı yaşlı kişi məktəblini qaçırıb.
O, qadın paltarı geyinərək azyaşlı qızı avtomobilinə mindirərək qaçırıb və 27 saat boyunca onu girov saxlayıb.
Kişi yuxuya getdiyi zaman qız polisə zəng edərək onun əlindən qaçıb xilas ola bilib.
Polis tərəfindən saxlanılan A. Millerin məhkəməsi keçirilib. Ona 20 il həbs cəzası verilib.