Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını tənqid edib və onu təxribat xarakterli çıxış kimi qiymətləndirib.
Medianews.az xəbər verir ki, bu barədə aparıcı agentliklərdən biri məlumat verib:
“Biz Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusilə Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini, tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk”, – agentliyin həmsöhbəti bildirib.
Onun fikrincə, onlar Ermənistanı 3 nömrəli Ukraynaya çevirməyə çalışır.
Medianews.az